Şabran Rayon İcra Hakimiyyətinin Şabran şəhəri üzrə nümayəndəliyinin tenderi ləğv edilib.
Hit.az xəbər verir ki, Şabran şəhərinin Koroğlu, Tofiq İsmayılov, Ceyhun Vasiqov, Almaz İldırım, Seyfəddin Balağayev, Salatın Əsgərova, Qaçaq Nəbi küçələrində əsaslı təmiri üçün keçirilən tenderin ləğvi müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olması ilə bağlıdır.
Bu tender üzrə satınalma predmetinin 330 450 manata başa gələcəyi proqnozlaşdırılırdı.
Abbas