Hazırda bir çox vətəndaşlar banklardan kredit götürə bilmir.
Səbəbi vaxtilə bankdan götürdüyü krediti geri qaytara bilməyib və adı qara siyahıya düşüb.
Maraqlıdır, vətəndaşlar bankın qara siyahısından necə çıxa bilər?
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov Hit.az-a deyib ki, bu gün adı “qara siyahı”ya düşən vətəndaşlar kredit götürə bilmir:
“Banklarda və bank olmayan kredit təşkilatlarında kredit götürmüş hər bir vətəndaşın kredit tarixçəsi var. Ona görə də bu tarixçəni dəyişmək olmaz. Yəni vətəndaş kreditin geri ödənilməsində gecikməyə yol veribsə bu onun kredit tarixçəsində hər zaman qalacaq. Bank və bank olmayan kredit təşkilatı ehtiyatlanır ki, bu vətəndaşın gecikməsi olub".
Sevinc