"Hacıoğlu Salyan Park"a 1000 manat maliyyə sanksiyası tətbiq edilib

İQTİSADİYYAT
21:18 / 25.08.2025
58

“Hacıoğlu Salyan Park” MMC maliyyə sanksiyası ilə üzləşib. 

Hit.az xəbər verir ki, şirkətdə həyata keçirilən operativ vergi nəzarəti üzrə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayyət olunması vəziyyəti haqqında akt tərtib olunub. Bu akta əsasən isə şirkətə 1000 manat maliyyə sanksiyası tətbiq edilib. 

“Hacıoğlu Salyan Park” MMC 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi Əliyev İlkin Vüqar oğludur. 

Abbas

0