"Süphan Ticarət" 76 min manatlıq sanksiya ilə üz-üzə

İQTİSADİYYAT
19:19 / 25.08.2025
44

“Süphan Ticarət” MMC-də səyyar vergi yoxlaması həyata keçirilib. 

Hit.az xəbər verir ki, yoxlama tədbiri üzrə məsuliyyətə cəlbetmə qərarı nəticəsində şirkətə 80 718,57 manat əlavə vergi, 76 302,31 manat maliyyə sanksiyası hesablanıb. 

“Süphan Ticarət” MMC 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi Əliyev Sübəhən İbrahim oğludur. 

Abbas 

0