Dövlət Gömrük Komitəsi (DGK) Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının tenderi ləğv edilib.
Hit.az xəbər verir ki, DGK-nınTibbi Xidmət İdarəsinin təsərrüfat hesablı Mərkəzi Hospitalı tərəfindən informasiya texnologiyaları avadanlıqlarının satın alınması ilə bağlı keçirilən tenderin hansı səbəbdən ləğv olunduğu bəlli deyil.
Bu barədə açıq mənbələrdə heç bir məlumat yoxdur.
Bu tender üzrə satınalma predmetinin 275 335,47 manata başa gələcəyi proqnozlaşdırılırdı.
Abbas