Bu ərazidə çoxmərtəbəli binalar tikiləcək - 36 milyon xərclənəcək

İQTİSADİYYAT
21:56 / 27.08.2025
42

Abşeron rayonunun Saray qəsəbəsində genişmiqyaslı yaşayış kompleksi inşa ediləcək.

BAKU.WS-in məlumatına görə, layihə çərçivəsində 4,5 hektar ərazidə çoxmənzilli binalar və qeyri-yaşayış obyektləri tikiləcək.

Planlaşdırılan tikinti işlərinə 1 və 4 nömrəli 12 mərtəbəli, 2 və 3 nömrəli 16 mərtəbəli binalar daxildir. Bundan əlavə, 14 və 15 nömrəli 1 mərtəbəli qeyri-yaşayış binalarının inşası da nəzərdə tutulur.

Layihənin dəyəri 36 milyon 311 min 571 manat 28 qəpikdir.

Bu layihə Saray qəsəbəsində mənzil təminatını yaxşılaşdırmaq və əhalinin yaşayış şəraitini yüksəltmək məqsədi daşıyır.

0