Azərbaycanlı xanım Londonda turizm şirkəti yaratdı

İQTİSADİYYAT
17:47 / 27.08.2025
45

Londonda Azərbaycanla bağlı turizm şirkəti yaradılıb. 

Bu barədə Valyuta.az-ın əldə etdiyi eksklüziv məlumatda bildirilib. Məlumata görə, “Azerbaijan Travel LTD” adlı yeni şirkət Böyük Britaniyada qeydiyyata alınıb. Şirkət bu il avqustun 20-də Böyük Britaniyanın "Şirkətlərin dövlət reyestr orqanı" tərəfindən təsdiqlənərək məhdud məsuliyyətli özəl şirkət statusu qazanıb.

Yeni şirkətin hüquqi ünvanı Docklands Business Center, 10-16 Tiller Road, London olaraq göstərilib. Şirkət turizm fəaliyyəti ilə məşğul olmağı planlaşdırır. 

Təsisçi və yeganə səhmdar isə 1996-cı il təvəllüdlü Azərbaycan vətəndaşı Fatimə Ağayevadır. O, şirkətin 100% səhminə sahib olub, həm də direktor kimi qeydiyyata alınıb.

Qeyd edək ki,  2020-ci ildən sonra  Böyük Britaniyanın "Şirkətlərin dövlət reyestr orqanı" Ağayev/ Ağayeva soyadlı bir neçə şirkəti dövlət qeydiyyatına alıb.  Onların arasında Fərəh Ağayeva, Maya Ağayeva, Jalə Ağayeva və başqaları var. Lakin Fatimə Ağayevanın onlarla qohumluq əlaqəsi barədə rəsmi təsdiq yoxdur.
 

0