Azərbaycan mətbəxindən turizm üçün necə istifadə etmək olar? - RƏY

İQTİSADİYYAT
09:47 / 01.09.2025
51

"Bu gün Azərbaycanın milli mətbəxi dünyada ön sıralarda dayanır".

Bu sözləri turizm üzrə ekspert Rəhman Quliyev Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, bu da bütün dünyanın diqqət mərkəzindədir:

"Ümumiyyətlə, turistlər böyük əksəriyyəti gedəcəkləri ölkələrin adət-ənənəsi ilə bərabər, oranın milli yeməkləri ilə də maraqlanırlar. Əlbəttə ki, səyahət olunacaq ölkədə nə yeyiləcəyinin maraqlanması olduqca vacibdir".

380840

Ekspert qeyd edib ki, Azərbaycanın çox zəngin mətbəxi var:

"Azərbaycanın milli mətbəxində plov, ləvəngi və dolmanı xüsusilə fərqləndirmək olar. Çünki ölkəmizdə hər üç yeməyin çox sayda növü var. Əlbəttə ki, onların hər biri turistlərin diqqətini çəkə bilər".

Rəhman Quliyev milli yeməklərimizlə bağlı festivalların keçirilməsini təklif edib:

"Azərbaycanda nar və xurma festivalları keçirilir. Mən milli yeməklərimiz barədə də festivalların keçirilməsini təklif edirəm. Düşünürəm ki, zəngin mətbəximiz turistlərin marağına səbəb ola bilər. 

Məsələn, Azərbaycanda plov, ləvəngi və dolma festivalları keçirilə bilər. Hətta bu festivalları və sərgiləri brendləşdirə də bilərik. Nəzərə almaq lazımdır ki, Azərbaycan mətbəx bütün dünyada tanınır".

Mütəxəssisin fikrincə, Azərbaycan mətbəxindən turizm məqsədləri üçün də istifadə oluna bilər:

"Mətbəximizi turistlər arasında daha çox tanıtmalıyıq. Çünki Azərbaycana gələn turistlər hansı bölgələrdə nə yeməkləri yemək imkanlarına sahib olduqlarını bilməlidirlər. 

Təbii ki, bu tanıtım üçün turizm şirkətlərinin də üzərinə böyük məsuliyyət düşür. Yəni, bunların da turizm maşrutlarına salınmasını tövsiyə edərdim. Hesab edirəm ki, bu addım Azərbaycana gələn turist sayında böyük bir inqilabı dəyişikliklər edər bilər".

Pərviz

0