Əməkdar müəllimin ölkədən çıxışına "stop" qoyuldu

İQTİSADİYYAT
12:40 / 01.09.2025
52

Bakının Xətai rayonunda fəaliyyət göstərən Humanitar Fənlər təmayüllü məktəb-liseyin direktoru, Əməkdar müəllim Nəzakət Əsgərovanın ölkədən çıxışına məhdudiyyət qoyulub.

Qaynarinfo-nun məlumatına görə, buna səbəb Nəzakət Əsgərovanın rəhbəri olduğu liseyin Dövlət Vergi Xidməti Bаkı şəhəri Lоkаl Gəlirlər Baş İdarəsinə 11353,19 manat vergi borcunun olmasıdır. 

İdarə tərəfindən sözügedən borca görə, Əsgərova Nəzakət Arif qızının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə qətnamə qəbul edilməsin üçün müraciət edilib. 

Məhkəmənin qərarı ilə 1972-ci ildə Bakı şəhərində аnаdаn оlmuş direktorun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb. 
 

0