“Tovuz Beverage” MMC-yə 1000 manat maliyyə sanksiyası tətbiq edilib

İQTİSADİYYAT
20:19 / 02.09.2025
62

“Tovuz Beverage” şirkəti maliyyə sanksiyası ilə üzləşib. 

Hit.az xəbər verir ki, şirkətdə həyata keçirilən operativ vergi nəzarəti üzrə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasının vəziyyəti haqqında akt tərtib olunub. Bu akta əsasən şirkətə 1000 manat maliyyə sanksiyası tətbiq edilib. 

“Tovuz Beverage” MMC 2024-cü ildə qeydə alınıb. Nizamnamə kapitalı 20 manatdır. Şirkətin qanuni təmsilçisi Məsimov Tacəddin Elçin oğludur. 

Abbas 

0