Cənubi Qafqaz ölkələrində fəaliyyət göstərən bankların ipoteka portfelinin analizi göstərir ki, digər bank göstəricilərində olduğu kimi ipoteka kreditləşməsinin həcminə görə də Gürcüstan liderdir.
Cari ilin 6 ayı ərzində bu ölkədə kreditləşmənin həcmi 4.7% artaraq 4,3 milyard dollardan 4.6 milyar dollara yüksəlib. 2025-ci ilin ilk yarısında Azərbaycan və Ermənistanda protfelin artımı eyni səviyyədə - 4,4% olsa da həcmi kəskin fərqlənir.
Bu müddətdə Azərbaycan bankları ipoteka krediti portfelini 2,6 milyard dollara, Ermənistan isə 4 milyard dollara çatdırıb.
Görəsən, bizdə ipoteka kreditlərinin həcmi digər iki Cənubi Qafqaz ölkəsinə nisbətən bu qədər azdır?
İqtisadçı Natiq Cəfərli Hit.az-a deyib ki, Azərbaycanda ipoteka kreditlərinin faizləri yüksəkdir və mənzil qiyməti də çox bahadır:
“Bu da mənzil bazarına təsir edir. Əhalinin böyük əksəriyyəti o qiymətlərlə, faizlərlə ipoteka ilə ev ala bilmir. Sosial ipoteka layihəsində mənzil sayı məhdud olduğu üçün hər kəs bundan yararlana bilmir. İpoteka faizlərinin yüksək olmasl və mənzillərin satış qiymətinin bahalığı bizi qonşu ölkələrdən geri salır”.
Sevinc