Dükanların saxta endirimləri

İQTİSADİYYAT
23:34 / 10.09.2025
43

İlin bütün fəslində  geyim dükanlarında endirim edilir. 50-70 faizlik endirim elanlarına hər kəs rast gəlib.

Hüquqşunas “Azad İstehlakçılar Birliyi”nin sədri Eyyub Hüseynov Hit.az-a deyib ki, Azərbaycanda istehlakçı hüquqları yaxşı qorunmadığından bu problem yaşanır. Bu cür endirim kampaniyaları ilə bağlı tez-tez şikayətlər alırıq: 

“Biz bu gün həqiqətən də mağaza və ticarət obyektlərində 70-80 faizə qədər endirim elanları görürük. Yaxud istehlakçıları cəlb etmək üçün “Dükan bağlanır” sözləri yazılır, lakin aylarla həmin mağaza bağlanmır. Burada istehlakçı hüquqlarının pozulması var. Şişirdilmiş qiymətlər və yalançı endirimlərlə bağlı böyük problemimiz var. Bu da onu göstərir ki, ölkəmizdə mükəmməl və perspektivli istehlakçı siyasəti formalaşmayıb. Saxta kampaniyaların təbliği insanların cibini bir növ soymağa hesablanıb”.

Sevinc
 

0