Yuxusuzluğu aradan qaldıran təbii çaylar

İQTİSADİYYAT
22:55 / 11.09.2025
38

Bir çox insan yuxu problemi yaşayır. Həmin insanlar yuxusuzluqdan əziyyət çəkir. 

Hit.az daha tez yuxuya getmək üçün bitki çaylarnı təqdim edir:

Lavanda çayı gecə yatmazdan əvvəl lavanda çayı içmək beyinə gedən sinir uclarında rahatlıq hissi yaradır. 

Çobanyastığı çayı ən təsirli sakitləşdirici çaylardan biri də çobanyastığı çayıdır.

Çobanyastığı çayı beyni sakitləşdirən və bədəndəki daralmış əzələləri rahatlaşdıran bitki çayıdır. 

Pişikotu çayı ağrılar, aybaşı sancıları, əsəb xəstəlikləri zamanı, sinir sistemi xəstəliklərində, gərginliklər zamanı və yuxusuzluqda istifadə edilir. 

Pişikotu çayı əzələ və daxili orqanlarda olan spazmları aradan qaldırır, arterial təzyiqi aşağı salır və yuxunu dərinləşdirir. 

Bəzi insanlarda həyəcan və qorxunu aradan qaldırmaqla yanaşı, ürəkdöyünmənin sayını azaldır.

Sevinc

0