Məcnun Məmmədov Emin Məmmədovu sədr müavini təyin etdi

İQTİSADİYYAT
19:19 / 16.09.2025
48

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə yeni sədr müavini təyin olunub. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, nazir Məcnun Məmmədovun müvafiq əmri ilə Emin Məmmədov bu vəzifəyə gətirilib.

Qeyd edək ki, Emin Məmmədov uzun müddət "Grand-Agro" MMC-də çalışıb. Məcnun Məmmədov nazir təyin olunmazdan əvvəl bu MMC-yə rəhbərlik edib.

0