Dövlət qurumundan “Amper” şirkətinə yarım milyonluq sifariş

İQTİSADİYYAT
18:59 / 16.09.2025
41

Sumqayıt Küçə İşıqları Təsərrüfat Hesablı Xidmət Sahəsi “Amper” şirkəti ilə satınalma müqaviləsi bağlayacaq. 

Hit.az xəbər verir ki, qurum şirkətdə elektrik malları almağı planlaşdırır. 

Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 495 962,26 manatdır. 

Abbas 

0