“Baxçasaray” MMC-nin borcu 423 min manata çatdı

İQTİSADİYYAT
18:00 / 22.09.2025
46

“Baxçasaray” şirkətinin vergi borcu daha da artıb. 

Hit.az xəbər verir ki, şirkətin hazırda 423 787,91 manat vergi borcu var. 

İyun ayında şirkətin vergi borcu 347 min manat idi. 

“Baxçasaray” MMC 2007-ci ildə yaradılıb. Şirkət Niderland, İtaliyadan və digər xarici ölkələrdən gətirilən bitki və dibçəklərin satışını, landşaft dizaynı, fitodizayn və floristika, toy, ad günləri kimi müxtəlif növ tədbirləri təşkil edir. Şirkətin "Lalələr" adlı gül salonları var.

Abbas 
 

0