Ölkədə yalnız ərzağın deyil, qeyri-qida məhsullarının qiymətində də artım müşahidə olunur.
Şəxsi gigiyena məhsulları arasında daha çox sintetik yuyucu vasitələrin, sabun və diş pastalarının, qabyuyan mayelərin, antipersperant vasitələrin qiymətində qeydə alınan artım ərzaq məhsulları ilə müqayisədə daha artıqdır.
İqtisadçı-ekspert Xalid Kərimli Hit.az-a bildirib ki, birinci səbəb bazarda inhisarçı mövqedə olan idxalçıların qiymət üzərində oynamasıdır:
"Hökumət gərək süni qiymət deyəndə idxal, istehsal inhisarçıları, məhz monopolislərin üzərində nəzarətçi formalaşdırsın. Bütün mağazalarda eyni yuyucu məhsul satıla bilər, ancaq bunu ölkəyə bir şəxs gətirir. Bunun üçün də ciddi nəzarət edilməli, insanların yoxsullaşdırılmasının qarşısı alınmalıdır".
Sevinc