"Tam Store" istehlakçıları aldadıb?

İQTİSADİYYAT
18:05 / 23.09.2025
45

“Tam Store” MMC inzibati məsuliyyə cəlb edilib. 

Hit.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci (Mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılması) maddəsi ilə ittiham irəli sürülüb. 

İnzibati xətanın mahiyyəti ondan ibarətdir ki, qida məhsulu üzərində göstərilmiş qiymətdən baha satılıb.

447.0.1-ci maddəyə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər isə dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

Abbas 

0