Bakının bu ərazisinə də metro çəkiləcək

İQTİSADİYYAT
17:22 / 25.09.2025
48

Bakı Metropoliteninin konseptual inkişaf sxeminə və Bakı şəhərinin Baş Planına əsasən, 2040-cı ilədək Yeni Günəşli qəsəbəsinə metro xəttinin çəkilməsi nəzərdə tutulur. 

HİT.az “Bakı Metropoliteni” QSC-yə istinadən xəbər verir ki, stansiyanın inşa olunma tarixi və yerləşəcəyi ərazi Baş Plana uyğun  müəyyənləşəcək. 

Metropolitendən həmçinin bildirilib ki, Baş Planda 2040-cı ilədək Xırdalan şəhəri, Masazır və Zabrat qəsəbələrinə metro xəttinin çəkilməsi nəzərdə tutulmayıb.

Gələcəkdə bu istiqamətdə hər hansı dəyişiklik və ya yenilik olacağı təqdirdə ictimaiyyətə əlavə məlumat veriləcək.

0