İnnovasiya və Təchizat Mərkəzindən “Azeri Med”ə 4,8 milyonluq sifariş

İQTİSADİYYAT
18:18 / 26.09.2025
42

İnnovasiya və Təchizat Mərkəzi tibb müəssisələri üçün endovaskulyar anevrizma və transkateter aorta implantasiyası üzrə sərfiyyat malları və ləvazimatların satın alınması ilə bağlı tenderə yekun vurub. 

Hit.az xəbər verir ki, tenderin qalibi “Azeri Med” QSC seçilib. 

Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 4 886 380 manat təşkil edir.

Abbas

0