Bakıda ödənişli yoldan istifadə belə ola bilər - VİDEO

İQTİSADİYYAT
09:33 / 29.09.2025
91
Bakıda ödənişli hərəkət zonaları yaradılacaq. Məqsəd sıxlığı azaltmaq və ictimai nəqliyyata marağı artırmaqdır.
 
Mövzu ilə bağlı danışan nəqliyyat eksperti Eldəniz Cəfərov deyib ki, bu sistemin reallaşdırılması çətin deyil. Bunun üçün ilk olaraq şəhər ərazisində monitorinq aparılacaq.
 
Onun fikrincə, ödənişli zonalar sıxlıq yaşanan, yüklənmiş yollarda ola bilər. İngiltərə, ABŞ, Sinqapur kimi ölkələrdə bu model illərdir ki, tətbiq edilir.
 
Ekspert Bakıda qiymətin vətəndaşlar üçün əlçatan olacağını düşünür.
 
Qeyd edək ki, Nazirlər Kabineti üç ay müddətində paytaxtın inzibati ərazisində ödənişli hərəkət zonalarının yaradılması və bu zonalara daxil olmağa görə ödənişin məbləği ilə bağlı təkliflərini hazırlayıb Prezidentə təqdim etməlidir. Ödənişli zonalarla bağlıq qərar 2027-ci il yanvarın 1-də qüvvəyə minəcək.

 
0