Azərbaycanda lüks avtomobillər satan məşhur şirkətdə nə baş verir? - 20 milyondan çox...

İQTİSADİYYAT
10:40 / 29.09.2025
83

"Avtolüks Azərbaycan" Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalını kəskin azaldır.

HİT.az İqtisadiyyat.az -a istinadən xəbər verir ki, MMC nizamnamə kapitalını 37 400 000 manatdan 17 000 000 manata endirir.

Nizamnamə kapitalının azaldılması ilə əlaqədar kreditorlar bir ay ərzində öz tələblərini şirkətin hüquqi ünvanına bildirə bilərlər.

Xatırladaq ki, İtaliya, ABŞ və Birləşmiş Krallığın məşhur avtomobil brendlərinin Azərbaycanda eksklüziv təmsilçisi "Avtolüks Azərbaycan" şirkəti 2012-ci ildə dövlət qeydiyyatına alınıb. Avtomobil şirkətinin qanuni təmsilçisi Vasif Bairamovdur. "Avtolüks Azərbaycan" 2012-ci ildən Azərbaycanda Lamborghini, Ferrari və Aston Martin kimi lüks avtomobillərin satışını həyata keçirir. Şirkət həmçinin, Abarth, Alfa Romeo, Crysler, Dodge, Fiat, Fiat Professional, Jaguar Land Rover və Jeep kimi brendlərin Azərbaycanda rəsmi təmsilçisidir. 
 

0