Banklar yalan reklama görə cərimələnə bilər

İQTİSADİYYAT
19:29 / 30.09.2025
39

Mütəmadi olaraq vətəndaşlara fərqli banklardan aşağı faizlərlə kredit təklif olunur. 

Kredit təklifi onlara ya mesaj kimi göndərilir, ya da reklam formasında sosial şəbəkədə yayımlanır.

Lakin banka üz tutan müştərilər fərqli mənzərə ilə qarşılaşırlar.

Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov Hit.az-a deyib ki, bankların bu addımı yalan reklam kimi qiymətləndirilməlidir:

“Konkret olaraq vətəndaşa sms və ya reklam materialında filan faizlə kredit veriləcəyi bildirilibsə, o zaman  bank buna əməl etməlidir. Bank vətəndaşı aldadırsa, şəxs bununla bağlı aidiyyəti qurumlara  şikayət edə bilər. Banklar yalan reklama görə İqtisadiyyat Nazirliyinin tabeliyində olan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən cərimələnə bilər”.

Sevinc

0