Ağdam rayonunun Sarıcalı və Kəngərli kəndlərində tibb məntəqələrinin tikinti-quraşdırma işlərinin satın alınması ilə bağlı tender baş tutmayıb.
Hit.az xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin keçirdiyi tenderin ləğv olunmasının səbəbi məlum deyil.
Bu barədə açıq mənbələrdə məlumat yoxdur.
Ağdamın adıçəkilən kəndlərində tibb məntəqələrinin tikinti-quraşdırma işlərinin 702 873,15 manata başa gələcəyi ehtimal edilirdi.
Abbas