"İqtisadi sahədə İtaliya bizim üçün birinci ticarət tərəfdaşıdır".
Bunu Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarella ilə mətbuata bəyanatında bildirib.
Maraqlıdır, Azərbaycan İtaliya ticarət, iqtisadi münasibətlər hansı səviyyədədir?
Millət vəkili Vüqar Bayramov Hit.az-a deyib ki, İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Mütamadi olaraq İtaliya Azərbaycan arasında ticarət dövriyyəsinin artmasının, münasibətlərin dərinləşməsinin şahidi oluruq:
“İki ölkə arasında ticarət dövriyyəsi 2022-ci ildə record səviyyədə olub. Nəzərə almaq lazımdır ki, Azərbaycan enerji resurslarını məhz İtaliya bazarına ixrac edir. Bu konteksdən İtaliya ilə həm siyasi, həm də iqtisadi münasibətlər yüksək səviyyədədir. Onu da nəzərə almaq lazımdır ki, İtaliya Avropa İttifaqının üzvüdür. Son zamanlar Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri də yüksələn xətt üzrə inkişaf edir. Bu da iki ölkə arasında münasibətlərə təsir edir. Növbəti dövrlərdə də İtaliya Azərbaycanın ticarət tərəfdaşı olaraq, qalacaq və iki ölkə arasında münasibətlər daha da dərinləşəcək”.
Sevinc