Bağırov Aydın Uruxovu rəis müavini təyin edib - FOTO

İQTİSADİYYAT
18:58 / 03.10.2025
46
Dövlət Gömrük Komitəsinin (DGK) Balakən Gömrük İdarəsinə yeni rəis müavini təyin edilib. 
 
Valyuta.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsinin sədri general-leytenant Şahin Bağırovun müvafiq əmri ilə Aydın Uruxov sözügedən idarənin rəis müavini təyin olunub.
 
Qeyd edək ki, Aydın Uruxov bundan əvvəl Balakən Gömrük İdarəsinin Mazımqara gömrük postunun əməkdaşı kimi çalışıb. 
 

0