İstirahət və əyləncə üçün Azərbaycana ən çox bu ölkələrdən turist gəlib -SİYAHI

İQTİSADİYYAT
19:37 / 05.10.2025
53

Bu ilin avqust ayında turizm məqsədi ilə Azərbaycana 178 min 676 nəfər xarici ölkə vətəndaşı gəlib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin avqust ayında Azərbaycana gələn əcnəbi turistlərin sayı 3,3% və ya 6 min 67 nəfər azalıb.

Avqust ayında Azərbaycana səfər edən xarici ölkə vətəndaşlarının 115 min 573 nəfəri və ya 64,5%-i ölkəyə istirahət və əyləncə məqsədi ilə gəlib.

Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə istirahət və əyləncə məqsədi ilə ölkəyə 134 min 738 əcnəbi turist gəlib. Bu da ümumi turistlərin 73%-ni təşkil edib.

Açıqlanan rəqəmlərdən də göründüyü kimi, avqust ayında istirahət və əyləncə məqsədi ilə Azərbaycana gələn turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 19 min 165 nəfər və ya 14,2% azalıb.

İstirahət və əyləncə üçün Azərbaycana ən çox aşağıdakı ölkələrdən turist gəlib:

Rusiya – 24 744 nəfər

Səudiyyə Ərəbistanı – 16 292 nəfər

Türkiyə – 7 861 nəfər

Qazaxıstan – 5 981 nəfər

Pakistan – 5 978 nəfər

Küveyt – 4 500 nəfər

İsrail – 3 603 nəfər

Birləşmiş Ərəb Əmirlikləri – 3 593 nəfər

Çin – 3 579 nəfər

Özbəkistan – 3 255 nəfər

0