Bir çox vətəndaşlar banklardan kredit götürə bilmir.
Səbəbsə onların adının "qara siyahıda" olmasıdır.
Maraqlıdır, adı “qara siyahı”ya düşən şəxslər hansı halda yenidən kredit götürə bilər?
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov Hit.az-a deyib ki, banklardan və bank olmayan kredit təşkilatlarından kredit götürmüş hər bir vətəndaşın kredit tarixçəsi var:
"Vətəndaş kreditin geri ödənilməsində gecikməyə yol veribsə, bu onun kredit tarixçəsində hər zaman qalacaq. Bunu gizlətmək olmaz. Həmin şəxslərə qanunən kredit verilə bilər . Sadəcə, bank və bank olmayan kredit təşkilatı ehtiyatlanır ki, bu vətəndaşın gecikməsi olub və bu hal yenə təkrarlana bilər. Belə vəziyyətdə vətəndaşın yeganə çıxış yolu az məbləğdə kredit götürməsidir. Bu kreditə görə banka yüksək əməkhaqqı olan zaminlər aparmalıdır. Ya da ki, əmlakını girov qoymalıdır".
Sevinc