Dövlət xətti ilə verilmiş ipoteka kreditlərinin həcmi açıqlandı

İQTİSADİYYAT
13:51 / 11.10.2025
41

Bu günədək İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 55 950 borcalana 3,675 milyard manat kredit verilib.

Bu barədə Trend İKZF-dən məlumat əldə edib.

Bundan başqa, zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləği 581 milyon manata bərabər olub.

8 253 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.

İKZF 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir.

0