“Alten Four” MMC-nin xüsusilə külli miqdarda vergi borcu var.
Hit.az xəbər verir ki, şirkətin vergi borcu hazırda 837 518,28 manat təşkil edir.
“Alten Four” MMC 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1000 manatdır. Şirkətin qanuni təmsilçisi Abdullazadə Abdulla Süleyman oğludur.
Abdulla Abdullazadə tanınmış iş adamıdır. O, “Amay Abdulla” kimi tanınır.
“Alten Four” şirkətinin vergi borcu ən azı 3 aydır ki, yaranıb. Bu müddət ərzində borcun ödənilməməsi maraqlıdır.
Abbas