Su pəhrizi ilə 1 həftəyə 7-8 kilo arıqlamaq mümkündür

İQTİSADİYYAT
18:08 / 13.10.2025
41

Son zamanlar hamı müxtəlif üsullarla arıqlamağa çalışır.

Bunun üçün müxtəlif pəhriz proqramlarından istifadə edilir, məsləhət gorulyur.
Onlardan biri də su pəhrizidir.

Diyetoloq Leyla Sarıyeva Hit.az-a deyib ki, su pəhrizi bol su və yüksək maye tərkibli qidalar, içkilər və aşağı kalorili qidalanma proqramı olan pəhrizə əsaslanır: 

"Su sağlamlıq üçün ən vacib amillərdən biridir. Su arıqlama prosesində çox təsirlidir, çünki bədəndəki toksinləri çıxarır, bağırsaq hərəkətlərini artırır və maddələr mübadiləsini sürətləndirir. Bundan əlavə, mədədə dolğunluq yaradacağı üçün toxluq hissini də təmin edir. Su pəhrizi ilə 1 həftəyə təxminən 7-8 kilo arıqlamaq mümkündür. Ancaq 18-20 yaşdan kiçik insanlar bu cür pəhrizlərdən uzaq olmalıdırlar".

Sevinc

0