Vətəndaşlar "Kristal Bakı"dan şikayət etdi, araşdıma başlandı

İQTİSADİYYAT
14:17 / 16.10.2025
45

“Kristal Bakı” ASC barəsində araşdırma başlanıb. 

Hit.az xəbər verir ki, araşdırmanı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti həyata keçirir. 

Şirkətin rəqabət qanunvericliyini pozdğu barədə sözügedən quruma çoxsaylı vətəndaş müraciətləri daxil olub. Həmin müraciətdən aydın olur ki, “Kristal Bakı” ASC inşa edilən binalardakı mənzillərin təmiri ilə bağlı yayımlanan reklamların və həmin reklamlara uyğun təmir işlərinin aparılması (xidmətlərin göstərilməsi) ilə əlaqədar rəqabət qanunvericiliyi pozub. Dövlət qurumunun araşdırma predmeti də məhz budur. 

“Kristal Bakı” ASC 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1 000 000 manatdır. Şirkətin qanuni təmsilçisi Dostumalıyev İbrahim Cəfər oğludur. 

Mediada dərc edilən məlumatlardan aydın olur ki, “Kristal Bakı” ASC-nin əsas səhmdarı Vəliyev Pərviz Ağalar oğludur. O, deputat Ağalar Vəliyevin oğludur. 

“Kristal Bakı” ASC “Kristal Abşeron” MTK-ya yaxın şirkətdir. 

Hər iki şirkət inşaat sektorunda fəaliyyət göstərir və yaşayış binaları tikir. 

Abbas 

0