"Bakı Metropoliteni"ndə daha bir rəis vəzifəsindən getdi - Səbəb nədir?

İQTİSADİYYAT
16:55 / 17.10.2025
120

"Bakı Metropoliteni" Qapalı Səhimdar Cəmiyyətində (QSC) daha bir departament rəisi vəzifəsindən azad olunub. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, QSC-nin sədri Vüsal Aslanovun əmri ilə qurumun Nəqliyyat və Xüsusi Texnika Departamentinin rəisi Həbib Hacıyev işdən çıxarılıb.
 
Həbib Hacıyevin vəzifəsindən azad olunması barədə məlumatı "Bakı Metropoliteni" QSC-dən təqsiqləyiblər. Bildirilib ki, Həbib Hacıyev öz xahişi ilə işdən ayrılıb. O, bundan sonra sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa qərar verib.

Qeyd edək ki, bundan əvvəl QSC-nin sədri Vüsal Aslanovun əmri ilə qurumun Ətraf mühit, sağlamlıq və təhlükəsizlik departamentinin rəisi Aqil Allahverdiyev tutduğu vəzəfisindən azad olunub. 

0