Dayanıqlı turizm nədir? - Turizm eksperti İZAH EDİR

İQTİSADİYYAT
12:10 / 20.10.2025
64

"Dayanıqlı turizm turizm sahəsinin inkişaf modelidir". 

Bu sözləri turizm üzrə ekspert Rəhman Quliyev Hit.az-a açıqlamasında deyib. 

O, dayanıqlı turizmin üstünlüklərindən danışıb:

"Dayanıqlı turizm həm bugünkü nəsillərin səyahət ehtiyaclarını qarşılayır, həm də gələcək nəsillərin ehtiyaclarını ödəmə imkanlarını məhdudlaşdırmır. Üstəlik, ekoloji, iqtisadi və sosial baxımdan balanslı turizmdir". 

Ekspert dayanıqlı turizmin əsas prinsiplərindən də söz açıb:

"Dayanıqlı turizm modeli ətraf mühitin qoruyur, təbiətə və ekosistemə minimum zərər vurur. Həmçinin, tullantıların, enerji və su sərfiyyatının azaldılmasına gətirib çıxarır. Bundan başqa, dayanıqlı turizm mədəni irsin, adət-ənənin, mədəniyyət və adət-ənənələrin qorunmasına, habelə turizm obyektlərinin tarixi dəyərlərinə qaygı göstərməyə də səbəb olur". 

384375

Mütəxəssisin sözlərinə görə, iqtisadi davamlılıqda turizmdən əldə olunan gəlir yerli əhaliyə fayda gətirir, eləcə də kiçik bizneslərin və icma təşəbbüslərinin dəstəklənməsi ilə nəticələnir:

"Onu da vurğulamaq lazımdır ki, sosial məsuliyyət də önəmli faktordur. Yerli icmaların qərarvermə proseslərinə cəlb olunması və onların rifahının artırılması dayanıqlıq turizmin əməllərindən biridir. 

Ona görə də mümkün qədər regionlarda fəailiyyət göstərən hotel və turizm komplekslərinə yerli sakinlərdən kadr hazırlayıb işlə təmin etmək kimi məsələlər hər zaman ön planda olmalıdır".

Pərviz
 

0