"Pensiya yaşının artırılması müzakirə mövzusu deyil"

İQTİSADİYYAT
18:05 / 20.10.2025
50

Maliyyə Nazirliyi “Ortamüddətli Xərclər Çərçivəsi” adlı  sənədi yayıb. 

Həmin sənəddə qeyd edilir ki, bunun əhatə edəcəyi  2026-2029-cu illərdə hökumətin qarşısında duran əsas və prioritet vəzifələrdən biri ölkə əhalisinin sosial rifahının yüksəldilməsidir.

Bununla yanaşı, əhalinin həyat keyfiyyətinin davamlı şəkildə yaxşılaşdırılması  və bu məsələ daimi nəzarətdə qalacaqdır. 

Qeyd edək ki, son zamanlar Azərbaycanda pensiya yaşının artırılması, Pensiya Fondunun vəsaitlərinin azalması ilə bağlı məlumatlar yayılmaqdadır.

İddia edilir ki, buna səbəb maliyyə çatışmazlığıdır. 

Millət vəkili Vüqar Bayramov Hit.az-a şərhində deyib ki, Dövlət Sosial Müdafiə Fondunun büdcəsində azalma yox artım müşahidə olunur:

"Bu səbəbdən də bu gün pensiyaların verilməsi ilə bağlı hər hansı bir çətinlik yoxdur. Vətəndaşların pensiyası dövlət büdcəsi hesabına ödənilir. Bununla yanaşı, sosial paketin icrası ilə bağlı xərclər də artımlar müşahidə olunur. Bu səbəbdən də pensiya ilə yığımlar arasında hər hansı bir ziddiyyət yoxdur. Onu da deyim ki, hazırda pensiyası yaşının artırılması müzakirə mövzusu deyil".

Sevinc

0