Azərbaycan Beynəlxalq Bankının (ABB) balansında olan iki qeyri-yaşayış binası hərraca çıxarılır.
Hit.az xəbər verir ki, binalardan biri Şamaxı, digəri isə Ağdaş şəhərində yerləşir.
Şamaxı şəhərində yerləşən və ümumi sahəsi 273,2 kv.metr olan binanın ilkin qiyməti 186 385 manat, Ağdaş şəhərində uerləşən və ümumi sahəsi 191,8 kd.metr olan binanın ilkin satış qiyməti isə 210 022 manatdır.
Hərrac noyabrın 27-də keçiriləcək.
Abbas