Açıqlanan statistik rəqəmlərə əsasən bank kartları istifadəçilərinin sayı artır.
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov Hit.az-a bildirib ki, bütünlükdə bank kartlarının sayı və onlarla əməliyyatların artması insanların maliyyə alətlərindən, yəni nağdsız ödənişlərdən daha çox istifadə etməsini göstərir:
"Ola bilər ki, bir nəfər bir neçə bankda özünə kart hesabı açıb. Amma heç bəzilərindən bəlkə də istifadə etmir. Yenə də kartların artması, maliyyə sistemində nağdsız ödənişlərdən daha çox istifadə edilməsindən xəbər verir. Belə olan halda nağd ödənişlərin həcmi məhdudlaşır, daha çox nağdsız ödənişlərə keçirilir".
Sevinc