Gəncədə avtobusların yolu dəyişdi, bazarın işi iflic oldu - VİDEO

İQTİSADİYYAT
19:19 / 25.10.2025
45

Gəncənin ən böyük bazarına avtobusların hərəkəti bir aydır ki dayandırılıb. Səbəb ictimai nəqliyyat vasitələrinin hərəkət marşrutlarının dəyişdirilməsidir. Bu isə bazarda fəaliyyət göstərən satıcıların və alıcıların narazılığına səbəb olub.

Çünki hazırda bazara ən yaxın keçən avtobusa olan məsafə 400-500 metrə qədərdir. "Bu gün qazandığım gəlir çox azdır. Alıcı qüvvəsi yoxdur. 7-8 marşrutdan biri də buraya gəlmir", - satıcı Leyla Həsənova söyləyib.

Alıcı Svetlana İbrahimova isə narazılığını belə ifadə edib: "Əvvəllər bazara gəlmək rahat idi. İndi buraya gəlmək üçün taksiyə verməyə pulumuz yoxdur".

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, Gəncə şəhəri üzrə aparılan genişmiqyaslı təhlil və araşdırmalar nəticəsində marşrut şəbəkəsi yenidən formalaşdırılıb. Marşrut xətlərində optimallaşdırma aparılıb, müəyyən təkrarlanma halları nəzərə alınıb, əlçatanlıq artırılıb və izafi yürüşlər azaldılıb.

Yeni şəbəkə daha optimal, əlaqəli və əlçatandır. Qeyd edilən əraziyə 19 nömrəli marşrut son dayanacaq olaraq daxil olur. Digər 9 marşrut xətti isə bazarın yaxınlığından aralıq dayanacaq olaraq keçir. Yeni şəbəkə üzrə bu xətlərin bazar ərazisinə daxil olması məqsədəuyğun hesab edilmir.

Ətraflı Baku TV-nin reportajında:

0