Zəngilan Rayon Mərkəzi Xəstəxanasının (91 çarpayılıq) tikintisinə hazırlıq işləri üzrə tender elan olunub.
Valyuta.az xəbər verir ki, layihə çərçivəsində müvəqqəti bina və qurğuların inşası nəzərdə tutulur.
Tender Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisələrinin Müdiriyyəti tərəfindən elan olunub.
Layihənin ümumi dəyəri 1 milyon 212 min 329,64 manat məbləğindədir. Tender 18 noyabr tarixinə qədər davam edəcək.

