Azərbaycanda məşhur tikinti şirkəti müflis olur

İQTİSADİYYAT
10:14 / 29.10.2025
92

Bakı Kommersiya Məhkəməsində borclu "RS Construction" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində müflisləşmə işi üzrə məhkəmə baxışı iclası təyin edilib.

İqtisadiyyat.az xəbər verir ki, məhkəmə iclası 18 noyabr saat 12:40-na təyin olunub.

İştirak etmək hüququ olan maraqlı şəxslər məhkəmə iclasına dəvət olunublar.

Qeyd edək ki, "RS Construction" 2019-cu ildə yaradılıb, qanuni təmsilçisi Alıyev Elməddin Camal oğludur.

"RS Construction" tikinti, memarlıq, planlaşdırma, interyer və eksteryer layihələrinin hazırlanması, müxtəlif dizaynda fərdi yaşayış evlərinin, villaların, koteclərin və müxtəlif qeyri - yaşayış sahələrinin tikintisinin aparılması, tam şəkildə təmiri, eləcə də qabaqcıl avadanlıqların quraşdırılması üzrə ixtisaslaşmış şirkətdir.

0