Zəngilan önəmli nəqliyyat mərkəzlərindən birinə çevrilir

İQTİSADİYYAT
19:15 / 29.10.2025
57

"Zəngilan çox önəmli nəqliyyat mərkəzlərindən birinə çevriləcək". 

Bu sözləri Prezident İlham Əliyev Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinləri ilə görüşündə deyib. 

Prezident  bildirib ki,  həm Zəngəzur dəhlizi, həm Araz dəhlizi buradan keçəcək.

İqtisadçı Pərviz Heydərov Hit.az-a şərhində bildirib ki, Prezident İlham Əliyevin Zəngilanda səsləndirdiyi fikirlər təsadüfi deyil: 

"Hazırda dünyanın diqqəti Zəngəzur dəhlizinin nə zaman işə düşəcəyidir. Bu dəhliz tək Naxçıvanla quru əlaqəsinin yaranması ilə bitmir. Regionda sülhün təmin olunmasından sonra gediş-gəlişin açılmasından sonra region ölkələri əlverişli şanslar əldə etmiş olacaqlar. Bu bütün ölkələrin iqtisadiyyatı üçün səmərəlidir. Həmin əlaqələr işə düşəndən sonra Zəngilanın dünya əhəmiyyətli nəqliyyat mərkəzinə çevrilməsi real bir hadisəyə çevriləcək. Nəticədə bölgənin, həm də ölkə iqtisadiyyatı bundan böyük səmərələr əldə edəcək. Zəngilan yaxın gələcəkdə Zəngəzur dəhlizinin işə düşməsi ilə Azərbaycanın ən inkişaf etmiş bölgəsinə çevriləcək. Orda çoxlu sayda yeni iş yerləri açılacaq, istehsal sahələri yaranacaq.  Hətta digər ölkələrdən ölkəmizə işləmək üçün müraciət edənlər, axın edənlər olacaq".

Sevinc

0