Bu ölkələrdən gələn turistlər Azərbaycanda milyonlar xərcləyib

İQTİSADİYYAT
12:16 / 30.10.2025
66

Yanvar-sentyabr aylarında turizm məqsədilə Azərbaycana səfər etmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ümumilikdə 2 milyard 516 milyon 213 min manat vəsait xərcləyib.

Valyuta.az xəbər verir ki, ən çox xərcləyənlər Rusiyadan olan turistlər olub - onlar bu dövrdə Azərbaycanda 684 milyon 900,9 min manat xərcləyiblər.  

Siyahıda ikinci yerdə 266 milyon 205,9 min manat ilə Hindistan vətəndaşları, üçüncü pillədə isə 259 milyon 692,4 min manatla Türkiyə vətəndaşları yer alıb. 

Dördüncü sırada Səudiyyə Ərəbistanı vətəndaşları (175 milyon 347,1 min manat), beşinci yerdə isə Qazaxıstan vətəndaşları qərarlaşıb (110 milyon 772,3 min manat). 

Onları Pakistan (96 milyon 74,1 min manat) və Çin vətəndaşları (78 milyon 82,7 min manat) izləyib.

Ümumilikdə, yanvar-sentyabr aylarında Azərbaycana 1 948 236 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs səfər edib. Onların 1 381 709 nəfəri (70,9%) turizm məqsədilə, 566 527 nəfəri (29,1%) isə digər məqsədlərlə ölkəyə daxil olub.

0