Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, 1 ünvanında yerləşən çoxmərtəbəli binanın sakinləri artıq təxminən 10 ildir böyük məbləğlər ödəyib aldıqları mənzillərə köçə bilmədiklərini bildirirlər.
Sakinlərin sözlərinə görə, binanı inşa edən şəxslər hazırda həbsdədir.
"Burada bir mənzil bir neçə nəfərə satılıb. Binada lift yox idi, qaz və su sayğacları üçün sakinlərdən vəsait toplanmışdı, lakin vədlər yerinə yetirilmədi. Biz öz hesabımıza qaz sayğaclarını və lifti quraşdırdıq. Bina ilə maraqlanan yoxdur. Rəsmi şəkildə heç bir quruma müraciət edə bilmirik", - narazı sakinlərdən biri deyib.
Başqa bir sakin isə bildirib: "Ev bir neçə nəfərə satılıb, hazırda hamı təşviş içindədir. Gələcəkdə vəziyyətin necə olacağı məlum deyil. Bizdə çıxarış yoxdur, yalnız müqavilə var. Binanın əvvəlki direktorları həbsdədir, onlarla bağlı hökm çıxarılıb, amma bizim binaya dair hələ də heç bir qərar verilməyib. Bankdan böyük məbləğdə kredit götürüb mənzilin ödənişini etmişik, evi almışıq, amma yaşaya bilmirik".
Daha ətraflı Baku TV-nin videomaterialında:
 

										
										
										
										
										
										
										
										
