Yaşlı nəslin nümayəndələri kredit götürməkdə çətinlik çəkir.
Banklar 60-70 yaşında olan şəxslərə kredit vermir.
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov Hit.az-a deyib ki, Azərbaycanda əksəriyyət bank 70 yaşdan yuxarı olanlara kredit vermir:
"Məlumdur ki, kredit vətəndaşın aylıq maaşına, yaxud da gəlirinə görə ayrılır. Kredit həmin şəxsin pensiyasına görə hesablanırsa, onda 70 yaşdan yuxarı olan vətəndaşa kredit vermirlər. Çünki, həmin şəxs ölsə, pensiya kəsiləcək. O da bəllidir ki, səxs vəfat etsə də, krediti zamindən alacaqlar".
Sevinc


