Məşhur şirkət borca düşdü, direktoru işdən çıxarılır

İQTİSADİYYAT
11:11 / 05.11.2025
41

“Bakı Tələbat Qabları” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, yığıncaq dekabrın 19-na təyin olunub. 

Ümumi yığıncaqda yeni direktorun seçilməsi və digər məsələlər müzakirə olunacaq. 

Qeyd edək ki, “Bakı Tələbat Qabları” ASC 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 756806 manatdır. Şirkətin hazırda direktoru Sadiq Kazımovdur.

Məlumat üçün bildirək ki, “Bakı Tələbat Qabları” ASC-nin hazırda dövlət qarşısında yüksək məbləğdə vergi borcu da mövcuddur. Şirkətin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə borcu 8300 manatdan çoxdur. 
 

0