“Neuraxes” MMC-nin rəhbərinin ölkədən çıxışı yasaqlandı

İQTİSADİYYAT
21:28 / 06.11.2025
39

“Neuraxes” şirkətinin rəhbərinə “stop” qoyulub. 

Hit.az xəbər verir ki, bununla bağlı Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynov qətnamə çıxarıb. 

İş materiallarından aydın olur ki, “Neuraxes” şirkətinin dövlət büdcəsinə 4 703,62 manat borcu olub. Borc ödənilmədiyindən Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə ərizə ilə müraciət edib. Qurum ərizəsində borc ödənilənədək şirkət rəthbərinə “stop” qoyulması istəyib. Məhkəmə də ərizənin təmin edib. 

“Neuraxes” MMC 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1000 manatdır. Şirkətin rəhbəri Pritam Majumdardır. 

Abbas 

0