Azərbaycanda otellərin dörddə üçü boş qalır – Rayonlar üzrə siyahı

İQTİSADİYYAT
19:39 / 11.11.2025
42

Bu ilin yanvar-sentyabr aylarında ölkə üzrə otel və otel tipli obyektlərin birdəfəlik tutumundan istifadə səviyyəsi 25% təşkil edib.

Yeniavaz.com açıqlanan rəsmi məlumata istinadən xəbər verir ki, hesabat dövründə ən yüksək doluluq göstəricisi Şabran rayonunda (46,9%) qeydə alınıb. Şabranı Naftalan şəhəri (46,7%) və Bakı şəhəri (36,9%) izləyib.

Turizm potensialı ilə seçilən Qusar (33,4%), Quba (21,8%), Qəbələ (22,8%) və Lənkəran (23,4%) rayonlarında otellərin doluluq göstəricisi nisbətən yüksək olub.

Ən aşağı səviyyələr Yevlax (0,8%), Balakən (1,1%), Oğuz (1,4%), Gədəbəy (1,5%), Lerik (1,7%) və Ağdərə (1,7%) rayonlarında qeydə alınıb.

Bu ilin yanvar-sentyabr aylarında otellərin doluluq səviyyəsi aşağıdakı kimi olub:

Şabran rayonu – 46,9%
Naftalan şəhəri – 46,7%
Bakı şəhəri – 36,9%
Qusar rayonu – 33,4%
Sabirabad rayonu – 27,4%
Quba rayonu – 21,8%
Qəbələ rayonu – 22,8%
Lənkəran rayonu – 23,4%
Şamaxı rayonu – 21,6%
Biləsuvar rayonu – 18,2%
Bərdə rayonu – 19,4%
Qax rayonu – 17,4%
Masallı rayonu – 16,1%
Ağdam rayonu – 16,0%
Laçın rayonu – 16,4%
Xaçmaz rayonu – 16,5%
Beyləqan rayonu – 15,7%
Ağstafa rayonu – 13,1%
Tərtər rayonu – 12,5%
Zaqatala rayonu – 12,6%
Astara rayonu – 12,4%
Şəki rayonu – 11,3%
Şirvan şəhəri – 10,7%
Naxçıvan MR – 9,8%
Sumqayıt şəhəri – 9,4%
Göygöl rayonu – 9,3%
Gəncə şəhəri – 8,8%
Şuşa rayonu – 8,7%
İmişli rayonu – 8,3%
Xankəndi şəhəri – 8,2%
Ağdaş rayonu – 7,6%
Abşeron rayonu – 7,3%
Mingəçevir şəhəri – 7,2%
Şəmkir rayonu – 6,9%
Salyan rayonu – 6,8%
Cəlilabad rayonu – 6,5%
Kürdəmir rayonu – 6,4%
Ağcabədi rayonu – 6,0%
Zərdab rayonu – 5,9%
Göyçay rayonu – 5,8%
Goranboy rayonu – 5,5%
Xızı rayonu – 5,4%
İsmayıllı rayonu – 5,0%
Tovuz rayonu – 4,5%
Ağsu rayonu – 3,7%
Yardımlı rayonu – 3,4%
Qazax rayonu – 3,4%
Saatlı rayonu – 2,6%
Daşkəsən rayonu – 2,5%
Neftçala rayonu – 1,9%
Ağdərə rayonu – 1,7%
Lerik rayonu – 1,7%
Gədəbəy rayonu – 1,5%
Oğuz rayonu – 1,4%
Balakən rayonu – 1,1%
Yevlax rayonu – 0,8%
 

0