Azərbaycanda ən çox və ən az işçi hansı sahələrdə işləyir?

İQTİSADİYYAT
22:33 / 11.11.2025
38

Bu ilin ilk yarısının yekununa görə, Azərbaycanda muzdlu işçilərin sayı 1 milyon 770 min nəfər olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, işçilər daha çox təhsil, səhiyyə və pərakəndə satış sahələrində çalışırlar.

Təhsil sektorunda 324 min nəfər, yəni ümumi işçilərin 18,3 faizi çalışır. Bundan başqa, səhiyyə sahəsində 143,7 min nəfər (8,1 faiz), pərakəndə satış sahəsində isə 236,3 min nəfər (13,4 faiz), dövlət idarəetməsi və müdafiə sahəsində 111,3 min nəfər (6,3 faiz), binaların tikintisində isə 58,4 min nəfər (3,3 faiz) işləyir. Bu beş sahə birlikdə ölkə üzrə bütün işçilərin təxminən yarısını təşkil edir.

Ən az işçi sayı isə sənayenin ixtisaslaşmış sahələrində müşahidə olunub. Dəri və ayaqqabı istehsalı sahəsində cəmi 705 nəfər, ağac emalı və ağac məmulatlarının istehsalında 750 nəfər, baytarlıq fəaliyyətində 897 nəfər, tütün məmulatlarının istehsalında 1 760 nəfər, metal filizlərinin hasilatında isə 2 227 nəfər çalışıb. Bu sahələrin ümumi məşğulluqdakı payı 1 faizdən azdır.

0