Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin sabiq rəisi Elçin Qasımov "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti sədrinin müşaviri təyin olunub.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bu barədə "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov əmr izmalayıb.
O, daha əvvəl "AzerGold"da Hüquq şöbəsinin müdiri təyin edilibmiş.
Qeyd edək ki, Elçin Qasımov ötən ilin aprel ayında Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəisi vəzifəsindən azad olunub.


