Milli Məclisin 2026-cı il xərclər smetası əvvəlki illə müqayisədə azaldılıb.
2026-cı ildə ümumi xərclər smetası 52 milyon 74 min 310 manat olacaq. Bu rəqəm 2025-ci ildə 52 milyon 850 min 118 manat olub.
Qeyd edək ki, bu rəqəm 2024-cü ildə 51 milyon 171 min 550 manat, 2023-cü ildə 55 milyon 794 min 109 manat, 2022-ci ildə isə 42 milyon 36 min 822 manat olub.
Son 5 ildə ən yüksək xərclər smetası 2023-cü ildə qeydə alınıb. //Modern.az


